Moskva

Moskvanın görməli yerlərindən ən birincisi bütün Rusiyanın simvolu sayılan Moskva Kremlidir. Tarixi mənbələrdə ilk dəfə1156-cı ildə adı çəkilən Kreml şəhərin mərkəzində Borovitsk təpəliyində yerləşir. Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən bu kilsə ruslar üçün milli xarakterin və vətən tarixinin simvoluna çevrilib. Moskvanın cənub-qərbində yerləşən Novodeviçiy adlanan qadın monastrı XVI-XVII əsrdə yaranıb.

UNESCO tərəfindən dünyanın mədəni sərvətləri siyahısına salınan monastır Rusiyanın ən gözəl memarlıq abidəsi sayılır. Şəhərin mərkəzi meydanı olan Qızıl meydan Kremlin şərq divarının qarşısında yerləşir. Bu meydan yüz illər boyu Rusiyanın tarixində baş verən ən önəmli hadisələrə şahidlik edib. Xrista Spasitel məbədi 1812-ci ildə Napoleon üzərində qələbənin şərəfinə rus çarı I Aleksandrın əmri ilə tikilib. Arbat Moskvanın ən məşhur küçəsidir. 1993-cü ildə bu küçə 500 illiyini qeyd etdi. Burada Puşkinin, Lermontovun ev-muzeyləri yerləşir.

Azerbaijani