Praqa

Köhnə şəhər (Stare Mesto)
Çex dilində mesto şəhər deməkdir. Köhnə Şəhər Praqanın düz mərkəzində yerləşən qədim və heyrətamiz arxitektura ilə zəngin olan iri meydandan ibarətdir. Köhnə Şəhərdəki unikal abidələr və binalar Çexiya tarixinin şahidləridir. Qədim sənədlərdə Köhnə Şəhərdə hələ orta əsrlərdən məskunlaşmanın olduğu bildirir. Köhnə Şəhər Praqaqradla Vışeqrad qəsrləri arasında yaranıb. Əvvəlcə bir neçə taxta ev və kilsə inşa edilib. Burada nəinki çexlər almanlar avstriyalılar hətta yəhudilər də yaşayıb. Yeri gəlmişkən Köhnə Şəhərin mərkəzində qədim yəhudi qəbiristanlığı və sinaqoq var. Əhalinin alman hissəsi Porjiç qəsəbəsində yaşayır. Sonradan bütün qəsəblər birləşdirilib və həmin məkana Praqaqrad adı verildi. Şəhərin təzə hissəsi tikiləndə Praqaqrada-Köhnə Şəhərə çex dili ilə desək Stare Mesto adı verilir. Stare Mesto meydanına ilk dəfə daxil olan adam özünü nağıladakı kimi hiss edir. Meydanın əzəməti ətrafdakı binaların və kilsələrin gözəlliyi möhtəşəmliyi insanı valeh edir.

Yeni Şəhər (Nove Mesto)
Praqanın bu hissəsində turistlər üçün geniş imkanlar açılır. Gözəl arxitektura müxtəlif restoranlar və barlar, diskotekalar, kazino. Milli Muzey və Milli Teatr eləcə də məşhur Vaslavskayiye Namesti yəni Vaslav Meydanı da buradadır. Vastav meydanına 60-cı illərin əvvəlində kommunist rejiminə qarşı və 1990-cı il 20 Yanvarda olduğu kimi sovet tanklarının qarşısına əliyalın çıxmış gənc çexlərin şərəfinə rəmzi abidə ucaldılıb. Azad Avropa və Azadlıq Radiolarının baş qərargahı da Vaslev Meydanındakı köhnə parlament binasıdır. Yeni Şəhərin təməlini 1348-ci ildə IV Karl qoyub. Bu məqsədlə uzunluğu 3 km olan bu qala divarlarının tikintisinə başlayıb. IV Karlın vaxtında şəhərə alaqapıdan keçmək mümkün idi. İndi o qapılar olmasa da Yeni Şəhərin gözəlliyinə heç bir xələl dəyməyib. Uzun illərlə Yeni Şəhərlə Köhnə Şəhəri birləşdirmək istəyiblər. Bi ustək nəhayət 1784-cü ildə baş tutub.

Karl Körpüsü
Praqada olarkən Köhnə və Yeni Şəhəri birləşdirən Karl körpüsündən keçməmək sadəcə günahdır. Vltava üzərində salınmış körpülərin ən əzəmətlisi məhz Karl körpüsüdür. İlin istənilən fəsli bu körpüdə turistlər qaynaşır. Karl körpüsünə hətta kainatın mərkəzi də deyirlər. Bu deyim Çexiyanın paytaxtını ziyarət etmiş Dalay Lamaya məxsusdur. Dalay Lamaya görə Karl körpüsü mənfi enerjidən uzaqdır və məhz elə ona görə də dünyanın bütün millətlərini özünə cəlb edir. Turist mövsümündə körpünü görməyə o qədər adam gəlir ki praqalılarının özləri çayı keçməkdən ötrü digər körpülərə üz tuturlar. Baxmayaraq ki körpünün eni 9.5 uzunluğu isə 515 metrdir.

Bexerovka
Praqada olasan məşhur Bexerovkadanın dadına baxmayasan İyirmidən çox bitkinin qarışığından hazırlanmış bu içki az qala Çexiyanın simvollarından biridir. İçkinin reseptini XII əsrdə Çexiyanın və Avropanın məşhur kurort şəhəri Karlovı Varıda ingilis cərrahı Frobrix və əczaçı İozef Bexer ixtira ediblər. Onların hər ikisini ətirli yağları müxtəlif  bitkilər və spirtlə qarışdırmaqla məşğul idilər. Karlovı Varını tərk edən Frobrix içkinin reseptini dostu Bexerə bağışlayır və ondan məhlulu tam hazırlamağı xahiş edir. Nəticədə o qədər dadlı və ətirli məhul alınır ki 1841-ci ildə Bexer məhlulu ensiz yaşıl şüşələrdə əczaçı dükanında satışa çıxarır.

Azerbaijani